Kapital Bank ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır
Kapital Bank “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır. Layihə ilə bağlı keçirilən tədbirdəTəhsil Nazirinin müaviniFirudin Qurbanovvə digər qonaqlar iştirak edib. Layihə 31 iyul 2017-ci il tarixinədək davam edəcək.
“Təhsil avtobusu” adlı Yay Məktəbi Quba, Masallı, Sabirabad, Gəncə, Mingəçevir, Zaqatala, İsmayıllı və Bakı şəhərləri üzrə təhsil marafonuna çıxıb. Marafonda iştirak edən gənclər karyera və fərdi inkişaf təlimlərində iştirak edəcəklər.
Qeyd edək ki, “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]