Bu bankların Sumqayıt və Masallı filialı bağlandı
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının (DŞ) 5 aprel 2017-ci il tarixli qərarına əsasən “Bank VTB (Azerbaijan)” ASC-nin “Azadlıq” və “Sumqayıt” filiallarına və “Nikoil Bank” ASC-nin “Masallı” filialına verilmiş icazələr ləğv edilib.
Bu barədə Economic-ə Palatadan bildirilib.
Məlumata görə, banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib.
DŞ “Banklar haqqında” qanunu və Palatanın nizamnaməsini rəhbər tutaraq “Bank VTB (Azerbaijan)”ın “Azadlıq” filialına verilmiş 01.08.2014-cü il tarixli, 162/9 saylı və “Sumqayıt” filialına verilmiş 05.11.2014-cü il tarixli, 162/13 saylı icazələri, həmçinin “Nikoil Bank”ın “Masallı” filialına verilmiş 25.06.2014-cü il tarixli, 203/19 saylı icazəni ləğv edib.
İclasda, həmçinin “Azərpoçt” MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazəsinin ləğvi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib. Palata “Poçt haqqında” qanuna əsasən qeyd olunan poçt şöbəsinə verilmiş 26.08.2010-cu il tarixli, 1-MO/Ş-149 saylı icazənı ləğv edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]