Ötən il Rusiyadan ölkəmizə 740 min turist gəlib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ötən il Rusiyadan ölkəmizə 740 min turist gəlib

“TurStat” agentliyi Rusiya turistləri üçün 2016-cı ildə ən populyar xarici ölkələrin adlarını açıqlayıb.

2016-cı ildə Azərbaycan rusiyalı turistlər arasında populyarlığına görə ilk onluğa düşüb. Belə ki, ötən il Rusiyadan ölkəmizə 740 min turist gəlib. Azərbaycana gələn xaricilər arasında rusiyalı turistlər birinci yeri tutur.

“TurStat”ın araşdırmasına görə, Tunis, Mərakeş, Kipr, Kuba və Vyetnam 2016-cı ildə Rusiyadan gediş turizminin ən yüksək artım tempini göstərib. Moskva, Sankt-Peterburq və Soçi turistlərin ən çox üz tutduqları şəhərlər hesab edilib.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top