“Yeni ilə əl-ələ” sosial aksiyası
Fəaliyyətə başlamasının 1 illiyini qeyd edən ASAN Radio “Caspian Development Bank”la birlikdə “Yeni ilə əl-ələ” adlı sosial aksiya keçirəcək.
Məqsəd “31 Dekabr – Həmrəylik günü vəYeni il” bayramı münasibəti ilə sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olanlara diqqət ayırmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.
Dövlətimiz tərəfindən himayəyə götürülən, xüsusitəyinatlı müəssisələrdən dəvət olunan tədbir iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr veriləcək.
ASAN könüllülərinin də yaxından dəstək göstərdiyi sosial aksiyada rəsmi qurumların və incəsənət nümayəndələrinin iştirakı planlaşdırılır.
“Yeni ilə əl-ələ” sosial aksiyası dekabrın 27-si, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Milli Yaylaq Festivalı keçiriləcək
29 – 31 iyul tarixlərində Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 2-ci Milli Yaylaq […]
-
“Xoşbəxt şənbə günləri”: Uber-dən həftəsonları üçün xüsusi kampaniya
Beynəxalq taksi daşıyıcısı şirkəti Uber, Bakı şəhərində “Xoşbəxt şənbə günləri” adlı kampaniyaya start verib. Kampaniya […]
-
BirKart-dan Bolt gedişlərinə 30% endirim!
Ölkənin ən məşhur taksit kartı olan BirKart partnyorlarının sırasını genişləndirərək bir sıra yeni sərfəli kampaniyalar […]