“Beynəlxalq Bank” özəlləşdiriləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Beynəlxalq Bank” özəlləşdiriləcək

Bu gün Bakıda “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” mövzusunda keçirilən forumda Maliyyə Bazarlarına Nəzarət Palatasının  Direktorlar Şurasının sədri Rüfət Aslanlı çıxış edib.

Palatanın sədri çıxışında ölkədə bank sektorunun yaxşılaşdırılması və maliyyə vəziyyətinin  normallaşdırılması üçün həyata keçirilən tədbirlərdən danışıb.

R.Aslanlı: “Bank sektorunun  sağlamlaşdırılması, iqtisadi artım və effektivliyin təmin olunması, biznesin inkişafı üçün tədbirlər görülür. 2017-ci ilə qədər dövlət tərəfindən maliyyə bazarlarının bir sıra islahatlar həyata keçirilir. Hal-hazırda sağlamlaşdırma prosesində olan bank “Beynəlxalq Bank”-dır. Bu bankın bir hissəsi dövlətə məxsusdur, buna görə də bankın sağlamlaşdırılmasında Maliyyə Nazirliyi də tədbirlər görür. 2017-ci ilə qədər “Beynəlxalq Bankın Özəlləşməyə tam hazırlanması düşünülür”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top