TuranBankın 2016-cı ilin maliyyə yekunlarının auditi KPMG şirkəti tərəfindən həyata keçiriləcək
ECONOMİC: TuranBankın 2016-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinin aparılması üçün Bankın kənar auditorunun seçilməsi siyasətinə müvafiq olaraq keçirilmiş açıq tenderin qalibi KPMG audit şirkəti elan olunmuşdur.
Bank 2002-ci ildən etibarən Mərkəzi Bankın tələbi və Bankın daxili qaydlarına müvafiq olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması məqsədilə beynəlxalq nüfuza malik Deloitte&Touche, PriceWaterHouseCoopers və KPMG şirkətləri ilə əməkdaşlıq etməkdədir. Bank Korporativ İdarəetmə standartlarının tələblərinə müvafiq olaraq seçilmiş bir kənar audit şirkəti ilə ardıcıl olaraq maksimum 3 il əməkdaşlıq edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]