“Xalq Bank” 3 ayda böyük zərərə düşüb
ASC “Xalq Bank”ı 2016-cı ilin iyul-sentyabr aylarını əhatə edən 3-cü rübünü 9 milyon 275 min manat zərər ilə başa vurub.
3-cü rübdə Bankın cəmi gəlirləri 9 milyon 462 min manat, o cümlədən, faiz gəlirləri 8 milyon 862 min manat, qeyri – faiz gəlirləri 599.67 min manat təşkil edib. Xərclər çıxıldıqdan sonra, Bankın 2 milyon 849 min manat xalis əməliyat mənfəəti qalıb. Lakin gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən zərərə görə Bankın zərəri 9 milyon 275 min manat təşkil edib.
Yanvar-sentyabr müddətində isə Bankın cəmi gəlirləri 98 milyon 590,8 min manat, xalis mənfəəti isə 972.95 min manat təşkil edib.
30 Sentyabr 2016-cı il tarixində “Xalq Bank”ı 1 milyard 748 milyon 534.116 min manat cəmi aktivlərə, 1 milyard 519 milyon 369.69 min manat cəmi əhdəliklərə, 229 milyon 164 min manat cəmi kapitala malik olub.
marja.az
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]