Səyyar “ASAN xidmət” qarşıdakı aylarda xidmət göstərəcək rayon və şəhərlərin adlarını açıqlayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Səyyar “ASAN xidmət” qarşıdakı aylarda xidmət göstərəcək rayon və şəhərlərin adlarını açıqlayıb

Səyyar “ASAN xidmət” noyabrın yarısı  və dekabr ayında səyyar xidmət göstərəcək rayon və şərlərin adlarını açıqlayıb. Səyyar asan xidmətin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat təqdim edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar “ASAN xidmət” noyabrın 14-dən 28-ə qədər  İmişli və Qazax rayonlarında, Sumqayıt şəhərinin Hacı Zeynalabidin Tağıyev qəsəbəsində, dekabrın 13-ə kimi Astarada vətəndaşlara xidmət göstərəcək. Bundan əlavə, “ASAN xidmət” noyabrın 22-ə qədər Qubada, noyabrın 16-a kimi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, noyabrın 21-ə qədər Naftalanda, dekabrın 6-ı qədər Şamaxı və Yevlaxda da səyyar xidmət göstərməkdə davam edəcək. Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdikləri xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların və texniki pasportların verilməsi daxildir. Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat təqdim edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top