Sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar təsdiq edildi – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar təsdiq edildi

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən ”Yol hərəkəti haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək. Dəyişikliklərlə imtahan prosesinin videoçəkilişinin aparılması da nəzərdə tutulur.

Dəyişikliklər Milli Məclisdə müzakirə edildikdən sonra qəbul edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top