Taksilərdə də gediş haqqı kart sistemi ilə olacaq – VİDEO
Metroda və ”Bakubus”un avtobuslarında istifadə edilən kartlar vasitəsilə yaxın gələcəkdə taksilərdə də ödəniş etmək mümkün […]
Metroda və ”Bakubus”un avtobuslarında istifadə edilən kartlar vasitəsilə yaxın gələcəkdə taksilərdə də ödəniş etmək mümkün olacaq. Bununla bağlı texniki hazırlıqlara artıq başlanılıb.
Economic.az xezerxeber.com-a istinadən bildirir ki, yaxın gələcəkdə taksilərdə də gediş haqqı vahid kart sistemi ilə ödəniləcək. Rauf Mirqulamovun sözlərinə görə, vahid sistemə keçiddə əsas məqsəd əhalinin rahatlığını təmin etməkdir.
Taksi sürücüləri isə bu xəbərə sərnişinlər qədər sevinmədilər. Çünkü onlar sərnişin daşımanı nağd şəkildə həyata keçirilməisinin tərəfdarıdır
Rauf Mirqulamov bildirdi ki, paytaxt daxilində sərnişin daşıma ilə məşğul olan daşıyıcı şirkətlərə Bakı Nəqliyyat Agentliyi tərəfdindən bəzi təlimatlar verilib. Yaxın vaxtlar da bütün sərnişin avtobusları da kart sisteminə keçid edəcək.
Qeyd edək ki, hazırda paytaxtda 800-dən artıq avtobus dayanacağı var və artıq həmin dayanacaqların 262-nə ”bakıkart”ın aparatları quraşdırılıb.
Milli.Az
VİDEO QALEREYA
-
Sumqayıtda 90000 qızılgül kolu əkilib – VİDEOREPORTAJ
Sumqayıtda yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Hazırda şəhərin giriş yolunda aparılan genişləndirilmə işləri sürətlə davam etdirilir. Yol boyu qranit […]
-
Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb
Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb. “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 3,19 dollar və […]
-
Təkərlərin qiyməti qalxdı: ƏN UCUZ XİDMƏT HARDADIR? – Video
Avtomobilində qış şinlərini yay şinlərinə dəyişmək istəyənlər bu xəbərə mütləq baxsınlar. Yeni təkərlərin qiymətləri ötən […]