MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Taksilərdə də gediş haqqı kart sistemi ilə olacaq – VİDEO

Metroda və ”Bakubus”un avtobuslarında istifadə edilən kartlar vasitəsilə yaxın gələcəkdə taksilərdə də ödəniş etmək mümkün […]

Metroda və ”Bakubus”un avtobuslarında istifadə edilən kartlar vasitəsilə yaxın gələcəkdə taksilərdə də ödəniş etmək mümkün olacaq. Bununla bağlı texniki hazırlıqlara artıq başlanılıb.

Economic.az xezerxeber.com-a istinadən bildirir ki, yaxın gələcəkdə taksilərdə də gediş haqqı vahid kart sistemi ilə ödəniləcək. Rauf Mirqulamovun sözlərinə görə, vahid sistemə keçiddə əsas məqsəd əhalinin rahatlığını təmin etməkdir.

Taksi sürücüləri isə bu xəbərə sərnişinlər qədər sevinmədilər. Çünkü onlar sərnişin daşımanı nağd şəkildə həyata keçirilməisinin tərəfdarıdır

Rauf Mirqulamov bildirdi ki, paytaxt daxilində sərnişin daşıma ilə məşğul olan daşıyıcı şirkətlərə Bakı Nəqliyyat Agentliyi tərəfdindən bəzi təlimatlar verilib. Yaxın vaxtlar da bütün sərnişin avtobusları da kart sisteminə keçid edəcək.

Qeyd edək ki, hazırda paytaxtda 800-dən artıq avtobus dayanacağı var və artıq həmin dayanacaqların 262-nə ”bakıkart”ın aparatları quraşdırılıb.

Milli.Az

VİDEO QALEREYA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top