Şəhid ailələrinə verilən müavinət və pensiyalar artırıla bilər
Millət vəkilləri bununla bağlı təkliflərin artıq hazır olduğunu deyir.
Şəhid ailələrinə verilən pensiya və müavinətlərin artırılması barədə Milli Məclisin plenar iclasında məsələ qaldırıla bilər. Millət vəkilləri bununla bağlı təkliflərin artıq hazır olduğunu deyib.
Millət vəkili Vahid Əhmədov şəhidlik statusunun dünyada ən yüksək status olduğunu onlara ən yükəsk imtiyazların şamil ediləmli olduğunu vurğulayıb.
“Şəhidin ailəsi, övladları heç bir əziyyət çəkməməlidir”, – deyə millət vəkili əlavə edib.
Daha sonra millət vəkili Hadı Rəcəbli şəhid ailələrinə diqqət və qayğıdan danışıb.
“Lənkəranda belə bir ailə var. Onun xanımı 1000 manat civarında-həyat yoldaşının əmək haqqısını alır. Və həmin ailə ev növbəsinə götürülüb. Bu addımların hər biri ailəyə böyük dəstək olur. Əlbəttə ki, bunlar azdır. Dünyasını dəyişmiş, əlil olmuş insanlara nə etsək azdır”, – deyə Hadı Rəcəbli vurğulayıb.
VİDEO QALEREYA
-
Pomidorun qiyməti bahalaşdıqca, bu sahəyə maraq daha çoxalıb – Səbəbi isə… – VİDEO
Təsərrüfat sahibi deyir ki, iki həftədən sonra pomidor satışına başlayacaq. Artıq Rusiyaya pomidor ixrac edən […]
-
Əmlakın sənədləşdirilməsi rahat olacaq – VİDEO
Bəzən vətəndaşlar hər hansı əmlakı almaq və ya özünəməxsus mülkü sənədləşdirmək istədikdə, maklerlər məsələyə qarışır. […]
-
Banklara olan kreditlər
Banklar əhalini borclandırır