MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Əmlakın sənədləşdirilməsi rahat olacaq – VİDEO

Bəzən vətəndaşlar hər hansı əmlakı almaq və ya özünəməxsus mülkü sənədləşdirmək istədikdə, maklerlər məsələyə qarışır. […]

Bəzən vətəndaşlar hər hansı əmlakı almaq və ya özünəməxsus mülkü sənədləşdirmək istədikdə, maklerlər məsələyə qarışır. Onlar sənədləşmə işini üzərlərinə götürüb, qarşılığında müəyyən haqq tələb edirlər. Bəzən isə sənədləşmə işində vətəndaşı aldadırlar. Vətəndaşın belə hallarla qarşılaşmaması üçün əmlak məsələləri dövlət komitəsində xüsusi xidmət növü yaradılıb.

Bundan sonra əmlakın sənədləşdirilməsi zamanı vasitəçiyə ehtiyac olmayacaq. Əmlak Məsələri Dövlət Komitəsi bununla bağlı pulsuz hüquqi xidmət yaradıb. Beləliklə də vətəndaşın sənədləşmə üçün dırnaqarası maklerlərə pul ödəməyinə ehtiyac qalmayacaq. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vətəndaşları sənədləşmə işini bəzi işbazlara etibar etməməyə çağırıb.

Rafiq Cəlilov torpaqlardan səmərəli və təyinatı üzrə istifadə məsələsinə də toxunub. Belə ki, təyinatına müvafiq olmadan həyata keçirilmiş bəzi tikintilər bu vaxta qədər sənədləşdirilsə də, bəziləri sökülə bilər.

Torpaqların elektron kadastr uçotu sistemi üzrə də 8 bölgədə işləərə başlanılıb. Bu sistemlə hansı torpağın hansı keyfiyyətdə olduğu bilinəcək. Gələcəkdə bu keyfiyyəti müəyyən edən səyyar labarotoriyaların rayonlarda da qurulması planlaşdırılır.

VİDEO QALEREYA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top