Azərbaycan Pekində keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq
Aprelin 12–dən 14-dək Pekində “COTTM 2016” beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin, yerli turizm şirkətlərinin və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri təmsil edəcək.
Sərgidə ölkəmizin turizm imkanlarının təbliğ olunması üçün nazirlik tərəfindən 39 kvadratmetrlik pavilyon icarəyə götürülüb. Burada Azərbaycanın regionlarını, paytaxt Bakını, ölkəmizin təbiətini, milli mətbəximizi, turizm potensialını təbliğ etmək məqsədilə ingilis və çin dillərində müxtəlif növ reklam-çap məhsulları nümayiş ediləcək.
Beynəlxalq sərgiyə Azərbaycanla yanaşı, 65 ölkədən 300-ə yaxın şirkət qatılacaq.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq beşinci dəfədir ki, Pekində keçirilən “COTTM” beynəlxalq turizm sərgisində iştirak edir.
Qeyd edək ki, ötən il Çindən ölkəmizə 5 mindən çox turist səfər edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]