9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarı əsasında “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilib.

Economic.az bildirir ki, Belə ki, qeyd olunan ərazilərdə 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilir.

Vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb.

Çağrı mərkəzi xidmətlərinin müasir texnologiyalardan istifadə edilməklə evdən, məsafədən həyata keçirilməsi təmin edilib.

Vətəndaşlar üçün rahatlığın və əlçatanlığın təmin edilməsi məqsədi ilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarının bəziləri  inzibati ofislərindən,  digərləri isə evdən olmaqla Çağrı mərkəzinin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təhciz ediliblər.

Mərkəzin əməkdaşları tərəfindən gün ərzində təxminən 12-14 mindən  çox vətəndaş müraciəti qəbul olunur.  9108 Çağrı mərkəzi vasitəsi ilə müraciətlərin qəbulu Xüsusi Karantin Rejimi müddətində nəzərdə tutulur. Müraciətlər bu müddətdə həftənin bütün günləri  saat 09:00-dan 21:00-dək həyata keçirilir.  Eyni zamanda vətəndaşlarımızın daha asan məlumatlandırılması və çoxsaylı zənglərin idarə edilməsi məqsədi ilə  24 saat avtomatlaşdırılmış rejimdə vətəndaşların sorğularını cavablandıran sistem fəaliyyət göstərir.

Xatırladaq ki, evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər.
Əməkdaşlar üçün icazənin alınmasına görə isə dövlət və özəl təşkilatlar tərəfindən sistem üzərindən müraciət göndərilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top