
ETSN: “Pinqvin” torbalardan istifadə qadağandır
“Əvvəl plastik və onun zərərləri barədə məlumatsız olan insanlar indi artıq özləri də bunun azaldılması, alternativlərdən istifadə olunmasında maraqlıdırlar”.
Economic.az “Report”a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.
Onun sözlərinə görə, alternativlər kağız, bioparçalanan torbalar və qablaşdırmalar, parça, həsir torbalardır: “Müxtəlif çeşiddə hər büdcəyə uyğun alternativlər var. Orta müddətlə 15-20 dəqiqə istifadə edib atdığımız məhsulu evimizə gətirməklə özümüzün, övladlarımızın, gələcək nəsillərin sağlamlığına zərər veririk”.
Şöbə müdiri xatırladıb ki, qalınlığı 15 mikrona kimi olan torbalara qadağa artıq yanvarın 1-dən qüvvəyə minib: “Belə torbalara məişətdə tez-tez istifadə etdiyimiz, “pinqvin” adlandırdığımız və onlar kimi nazik torbalar da aiddir. Niyə sırf belə torbalar qadağan edilib sualına gədikdə isə, onlar təkrar emala yararlı deyil, daha nazik, yüngül çəkili olduğu üçün küləklə ərazilərə yayılaraq su tutarları, çayları, gölləri, torpaq qatını çirkləndirir. Yüz illərlə çürümədən hissəciklərə parçalanıb suya, torpağa qarışır. Heyvanların, quşların məhvinə səbəb olur. Eyni zamanda belə torbalar bilirsiniz ki, daha çox qidaların saxlanılması üçün istifadə edilir. Temperatur dəyişikliyində, istidə, soyuqda, zəhərli maddələr qida ilə qarışır və sağlamlığımız üçün təhlükə mənbəyinə çevrilir”.
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycan nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalını artırır
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1,426 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların ehtiyat hissələrini […]
Azərbaycanın meyvə-tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür
Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev açıqlayıb ki, bu ilin yanvar-iyun […]
POS-terminallara tələbat çoxalıb
İyulun 1-nə ölkədə fəaliyyət göstərən POS-terminalların sayı 55 min 631 ədəd təşkil edib. Bu göstərici […]