Neftin və dolların bu günə qiyməti – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Neftin və dolların bu günə qiyməti

Ucuzlaşan neftin əksinə əlvan metalların qiymətində bahalaşma müşahidə edilir.

Neft buruğu

Ötən həftə müşahidə olunan nikbinliyin əksinə neft bu həftəyə ucuzlaşma ilə başlayıb. ANS PRESS-in məlumatına görə, hazırda dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 44,68 dollar təşkil edir.

“WTI” markalı neftin qiymətində də düşüş hiss olunur. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 43,18 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 45,42 dollar təşkil edib.

Dünya bazarında 25.04.16 tarixində neftin qiyməti

Dünya bazarında 25.04.16 tarixində neftin qiyməti

Neftin əksinə əlvan metalların qiymətində bahalaşma müşahidə edilir. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 39,60 dollar olub. Platinin 1 qramı 32,26 dollar, palladiumun 1 qramı isə 19,23 dollara çatıb. Gümüşün qiyməti də bahalaşaraq 1 qram üçün 0,54 dollarda qərarlaşıb.

Dünya bazarında 25.04.16 tarixində əlvan metalların qiyməti

Dünya bazarında 25.04.16 tarixində əlvan metalların qiyməti

AMB-dən verilən məlumata görə, 22.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5074 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.7028 manat, Rusiya rublu bahalaşaraq 0.0227 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.1633 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5318 AZN dəyərində müəyyənləşib.

Valyutanın Məzənnəsi

Valyutanın Məzənnəsi

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 25.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5036 səviyyəsində müəyyən olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top