MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Youth Inc

Biznesə başlamaq istəyən gənclər üçün müsabiqə

“Youth Inc.” gənclərin sahibkarlıq proqramı öz biznesinə başlamaq istəyən və hazırda yeni biznesini inkişaf etdirən gənc sahibkarları “Paylaş. Qazan. Biznesinə başla!” adlı onlayn müsabiqədə iştirak etməyə və 2 500 AZN-dək ilkin investisiya əldə edərək “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin imkanlarından yararlanmağa dəvət edir. “Coca-Cola” və Gənclər və İdman Nazirliyini dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən 2013-cü ildən həyata keçirilən “Youth Inc.” proqramı gənc sahibkarlığın inkişafı geniş imkanlar təklif edir.

DVC-dən  bildirilib ki, bu müsabiqə vasitəsilə gənc sahibkarların biznes-ideyaları ictimaiyyət tərəfindən qiymətləndiriləcək və gənclər ideyalarını reallaşdırmaq üçün müəyyən investisiya əldə edəcək. Biznes ideyası olan və ideyanı həyata keçirməyə hazır hər bir 18-35 yaş arasındakı gənc sahibkar komandası ilə birgə müsabiqəyə qatıla bilər.

Bunun üçün biznes-ideyanı share.youthinc.az ünvanında qeydiyyatdan keçirmək lazımdır. On gün ərzində biznes-ideyanın müsabiqəyə buraxılması təsdiqlənəcək və “Youth Inc.” proqramının “Facebook” səhifəsində yerləşdiriləcək. Bundan sonra, səhifədən biznes-ideyanın paylaşımları (“share”) həyata keçiriləcək – daha çox paylaşım, daha çox investisiya deməkdir. Hər bir paylaşan şəxs biznes-ideyaya dəstək göstərmiş və onu təqdim etmiş gənc sahibkar üçün investisiya gətirmiş olacaq. On dörd gün ərzində müsabiqənin qaydalarına əməl etməklə, ən çox paylaşılan biznes-ideya sahibi hər paylaşıma görə 1 AZN əldə edəcək. Qalib biznes-ideya 2 500 AZN-dək investisiya qazanacaq. Müraciətlərin qəbulu aprelin 22-də saat 18:00-da başa çatacaq.

“Youth Inc.” proqramı haqqında daha ətraflı məlumatı www.youthinc.az saytından əldə etmək olar.

Mənbə: AZƏRTAC

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top