24 nömrəli marşrut xətti boyunca 7 ünvanda pos-terminal qoyulub
Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus BMC Procity 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.
Economic-ə verilən məlumata görə, dəyişiklik nəticəsində Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” NMM və metronun “N.Nərimanov” stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib.
Sərnişinlərin “BakıKart”-ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub.
BƏNZƏR MƏQALƏLƏR
-
Heydər Əliyev prospektində YENİLİK – VİDEO
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan […]
-
“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi
Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq […]
-
Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa edilir
İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək. […]