MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Fazil Məmmədov

22 aprel tarixində vergilər naziri Fazil Məmmədov vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 22 aprel 2016-cı il tarixində vergilər naziri Fazil Məmmədov Neftçala rayonunda Heydər Əliyev mərkəzinin inzibati binasında (ünvan: Neftçala şəhəri Heydər Əliyev prospekti 34) Neftçala, Şirvan və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaqdır. Bu məlumatı Economic.az nazirliyin saytına istinadən xəbər verir.

Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 5 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: İmanov Namiq Aləddin oğlu və Quliyev Babək Bahadur oğlu, əlaqə telefonu (02121) 6-11-02, mobil (055-322-76-06, 050-254-46-33), Neftçala rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Əliyev Əli Qabil oğlu və Əliyev Anar Kərim oğlu, əlaqə telefonu: (021) 263-40-11, mobil (050-339-74-19, 050-494-76-96) və Salyan rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Məmmədov Feyzi Kamil  oğlu və Məlikov Yaşar Mirzağa oğlu, əlaqə telefonu: (021) 255-14-10, mobil (050-333-19-66, 055-511-61-56) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top