2018-ci ilin yanvar-sentyabr ayları üzrə qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb
2018-ci ilin 9 ayı ərzində qiymətli kağızlar bazarında ümumilikdə 18 657.7 mln. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Əməliyyatların 57.2%-i (10 664.4 mln. manat) ilkin bazarda, 42.8%-i (7 993.3 mln. manat) isə təkrar bazarda aparılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasıının mətbuat xidmətindən “Economic“ə verilən məlumata görə, 2018-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 47 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 546 mln. manat (95%-i və ya 518 mln. manat dövlət qiymətli kağızları ilə) olub.
Hesabat dövründə ümumilikdə 12 269 mln. manat həcmində (141 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.
2018-ci ilin 9 ayı üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]