2018-Cİ İL ƏRZİNDƏ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ÇAĞRI MƏRKƏZİNƏ 11074 MÜRACİƏT DAXİL OLUB – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

2018-Cİ İL ƏRZİNDƏ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ÇAĞRI MƏRKƏZİNƏ 11074 MÜRACİƏT DAXİL OLUB

ECONOMİC: 2018-cı il ərzində  Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 11074 müraciət qeydə alınıb. Müraciətlər əsasən nazir İnam Kərimovun respublikanın regionları üzrə ayrı-ayrı rayonlarda keçiriləcək qəbullarda iştirak etmək, kənd təsərrüfatı məhsulların satılmasına köməklik göstərməsi, Dövlət Aqrar Ticarət  Şirkəti tərəfindən təşkil edilən yarmarkada iştirak etmək və “Kənddən şəhərə” layihəsi ilə əməkdaşlıq etmək, arı ailələrinə görə subsidiyaların verilməsi, iri buynuzlu mal-qara arasında aparılmış süni mayalanma nəticəsində doğulan hər buzova görə subsidiya ödənilməsi, güzəştli kreditlərin verilməsi, damazlıq heyvanların lizinqi, yeni texnika alınması, pambıq yığımının başa çatdırılması, daşınması və təhvil verilmiş pambığa görə ödənişlərin verilməsi, gübrələrin güzəştli satışı, taxılçılıq təsərrüfatlarının kombaynlarla təmin olunması, AMAL layihəsi ilə əməkdaşlıq, Aqrar könüllülərə qoşulma və digər məsələlərlə bağlı olub.

Çağrı Mərkəzinə daxil olan müraciətlər qanunauyğun qaydada cavablandırılıb və hər bir müraciət üzrə müvafiq izahat işləri aparılıb. Həmçinin, müraciətdə qaldırılan məsələlərin araşdırılması və qısa müddətdə həll olunmasını təmin etmək məqsədi ilə vətəndaşlar Nazirliyin müvafiq struktur bölmələri və tabeli qurumları ilə əlaqələndirilib.

Nazirliyin fəaliyyətinə aid olmayan zənglər, sorğular isə müvafiq aidiyyəti orqanlara yönləndirilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top