2017-ci İLİN İLK RÜBÜ ƏRZİNDƏ SIĞORTA ÖDƏNİŞLƏRİ 15% ARTIB
2017-ci ilin ilk rübü ərzində sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqlarının həcmi 150 milyon 681 min manat, ödənişlərisə 60 milyon 292 min manat təşkil edib.
Economic-ə verilən məlumata görə, cari ilin birinci rübü ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40 manatı ödəniş edilib. Qeyd edək ki, 2016-cıilin müvafiq dövründə bu göstərici 35 manat olub.
Könüllü sığorta bazarı
Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 111 milyon 913 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 16% artaraq 47 milyon 344 min manata yüksəlib.
İcbari sığorta bazarı
İcbari sığorta növləri üzrə yığımlar 38milyon768 min manat təşkil edib. Hesabat dövründə şirkətlər tərəfindən sözügedən sığorta növü üzrə 12milyon 949 min manat ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon315 min manat və ya 11% artım deməkdir.
2017-ci ilin ilk rübü ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərindəöz əksini tapıb.
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az və press@fmsa.azünvanına müraciət edə bilərlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]