MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Maliyyə Bazarlarına Nəzarət Palatası

2017-ci İLİN İLK RÜBÜ ƏRZİNDƏ SIĞORTA ÖDƏNİŞLƏRİ 15% ARTIB

2017-ci ilin ilk rübü ərzində sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqlarının həcmi 150 milyon 681 min manat, ödənişlərisə 60 milyon 292 min manat təşkil edib.

Economic-ə verilən  məlumata  görə, cari ilin birinci rübü ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40 manatı ödəniş edilib. Qeyd edək ki, 2016-cıilin müvafiq dövründə bu göstərici 35 manat olub.

Könüllü sığorta bazarı

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 111 milyon 913 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 16% artaraq 47 milyon 344 min manata yüksəlib.

İcbari sığorta bazarı

İcbari sığorta növləri üzrə yığımlar 38milyon768 min manat təşkil edib. Hesabat dövründə şirkətlər tərəfindən sözügedən sığorta növü üzrə 12milyon 949 min manat ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon315 min manat və ya 11% artım deməkdir.

2017-ci ilin ilk rübü ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərindəöz əksini tapıb.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azpress@fmsa.azünvanına müraciət edə bilərlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top