2016-cı ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımalarının statistikası – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

2016-cı ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımalarının statistikası

2016-cı ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları haqqında

 2016-cı ilin yanvar-oktyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 41356,4 min ton, yük dövriyyəsi isə 8129,3 milyon ton-km olmuşdur. Yüklərin 25984,9 min tonu və ya 62,8 faizi avtomobil nəqliyyatı, 11456,4 min tonu və ya 27,7 faizi dəmir yolu nəqliyyatı, 3915,1 min tonu və ya 9,5 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,9 faiz azalma müşahidə edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 11,9 faiz və 24,7 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9 faizini və ya 6171,2 min tonunu tranzit yüklər təşkil etmişdir.
2016-cı ilin yanvar-oktyabr aylarında dəhliz vasitəsilə 280,7 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 5634,4 milyon sərnişin-km olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,6 faiz artmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top