2016-cı ilin yanvar-fevral aylarında əhalinin gəlirləri artmışdır - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

2016-cı ilin yanvar-fevral aylarında əhalinin gəlirləri artmışdır

Economic.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-fevral aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 10,2 faiz artaraq 6459,3 milyon manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlər isə 673,3 manat və ya ayda orta hesabla 356,6 manat təşkil etmişdir.
Gəlirlərin 81,0 faizi son istehlak xərclərinə, 10,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,4 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 5,9 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 5769,5 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 601,4 manat vəsait qalmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top