
190 manat birdəfəlik ödəmələrin verilməsi başa çatdırıldı
Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat
birdəfəlik ödəmələrin verilməsi başa çatdırıldı
Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi prosesi başa çatdırıldı.
Economic.az xəbər verir ki, ötən ayın 21-dən xüsusi karantin rejimi tətbiq olunan 8 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron) üzrə birdəfəlik ödəmələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu həftənin ilk günlərində ödənildi.
Bu gün isə Nazirlik əlavə olaraq iyulun 5-dən xüsusi karantin rejiminə başlanan 8 şəhər və rayonda (Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) birdəfəlik ödəmələrin köçürülməsini təmin etdi.
Vəsait həmin vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürülüb və bu barədə onlara rəsmi məlumat göndərilib.
Beləliklə, ümumilikdə 16 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 290 minə yaxın şəxsin 190 manat birdəfəlik ödənişlə təminatı başa çatıb. Bu məqsədlə 55 milyon manata yaxın vəsait sərf olunub.
Xatırladaq ki, bundan əvvəl aprel-may aylarında da respublika üzrə həmin kateqoriyalardan olan 600 min şəxs aylıq 190 manat birdəfəlik ödəmə ilə təmin edilib və bunun üçün 229 milyon manat xərclənib.
BƏNZƏR MƏQALƏLƏR
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Özünüməşğulluq proqramı ilə bağlı araşdırma aparılacaq
Əmək bazarında mühüm rola malik proqramın əhatə dairəsi son illərdə 10 dəfə genişlənib. Əmək və […]
MDB Məşvərət Şurasının iclasında Ermənistanın Azərbaycana təcavüzü və mülki əhaliyə qarşı terror hücumlarına dair məlumatlar verildi
Ermənistan nazirinin Azərbaycanın guya atəşkəs rejimini pozması barədə dezinformasiyalarına qarşı Azərbaycan tərəfi qətiyyətli və dolğun […]