MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

fındıq

1 hektar fındıq bağını sığortalamaq neçəyədir? – HESABLAMA, MƏBLƏĞ

ECONOMIC: Aqrar Sığorta Fondu fındıq sahələrinin sığortalanması üzrə tarifləri və bunnula bağlı sadə hesablamanı açıqlayıb.

Fonddan verilən məlumata görə, Azərbaycanda fındıq bağları ən çox iki bölgədədir – Şəki-Zaqatala və Quba-Xaçmaz regionları.

Fındığın sığorta tarifi isə regionların iqlimindən asılı olaraq dəyişir. Belə ki, sığorta tarifləri

Şəki-Zaqatala regionunda – 3,21%

Quba-Xaçmaz regionunda – 1,31% təşkil edir.

Statistika göstərir ki, 1 hektar fındıq bağının orta məhsuldarlığı

Şəki-Zaqatala regionunda – 11 sentner;

Quba-Xaçmaz regionunda – 12,3 sentnerdir.

Fındığın orta qiyməti isə 3,6 manat/kq-dir.

Bu hesabla Şəki-Zaqatala regionunda 1 hektar fındıq bağından orta hesabla 4 min manatlıq, Quba-Xaçmaz regionunda isə 4400 manatlıq məhsul toplamaq mümkündür. Aqrar sığorta haqqının hesablanması üçün bu məbləğ əsas götürülür.

 

Məhsuldarlıq göstəricisi və qiyməti nəzərə alaraq, 1 hektar fındıq sahəsinin orta sığorta haqqı

 

Quba-Xaçmaz regionunda – təqribən 60 manatdır.

 

Bundan

FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 30 MANAT

Dövlətin ödədiyi məbğləğ – 30 manat

 

Şəki-Zaqatala regionunda – təqribən 128 manatdır.

 

Bundan

FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 64 MANAT

Dövlətin ödədiyi məbğləğ – 64 manat təşkil edir.

 

Hesablama – ölkə üzrə orta statistik məlumatları nəzərə almaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.

 

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək. Daha ətraflı: https://asf.gov.az/bitkichilik.

 

Qeyd edək ki, fermerlər və sahibkarlar Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsinə daxil olaraq buradakı Bitkiçilik üzrə sığorta kalkulyatoruHeyvandarlıq üzrə sığorta kalkulyatoru vasitəsilə öz əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığorta haqlarını özləri müstəqil şəkildə hesablaya bilərlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top