Zəlzələdən sonra istanbullular Çekmeköy rayonuna köçürlər – FOTO
Türkiyədə baş verən zəlzələlərdən sonra Mərmərə bölgəsində və xüsusilə də İstanbulda gözlənilən zəlzələ səbəbindən insanlar daha etibarlı yerlərə köçməyə başlayıblar.
Əsas tələb şəhərin Çekmeköy ərazisinədir. Ərazidə daşınmaz əmlak kirayəsi ilə məşğul olanların sözlərinə görə, rayona 1999-cu il zəlzələsindən bəri tələbat var. Bu, son zəlzələlərdən sonra daha da artıb, amma kirayə mənzillər o qədər də çox deyil.
İnsanlar xüsusilə, Üsküdar, Kadıköy, Sultanqazi rayonunda evlərini kirayə verib bu əraziyə gəlirlər.
Bununla yanaşı, tələbatın 40 faizini rayonlararası, 60 faizini isə şəhərkənarı ərazilər təşkil edir. İnsanlar xüsusilə Qara dəniz ətrafı ərazilərə, zəlzələ riskinin az olduğu Kırklareli başda olmaqla, Ədirnə və Tekirdağ kimi vilayətlərə köçürlər.
Mənbə: Milliyet
BƏNZƏR MƏQALƏLƏR
-
Coratda zibilliyə çevrilən beş əsrlik tariximiz… – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Sumqayıt şəhərinin Corat qəsəbəsindəki tarixi Hacı Məcid hamamı uzun […]
-
Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq […]
-
AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam […]