Zəfər Partiyası seçkilərdə Kamal Kılıçdaroğlunu dəstəkləyəcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Zəfər Partiyası seçkilərdə Kamal Kılıçdaroğlunu dəstəkləyəcək

Bakı, 24 may, AZƏRTAC

Zəfər Partiyasının sədri Ümit Özdağ Türkiyədə prezident seçkilərinin ikinci turunda Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu dəstəkləyəcəklərini açıqlayıb.

AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, bu barədə Cümhuriyyət Xalq Partiyası ilə Zəfər Partiyası arasında protokol imzalanıb.

Partiyalar arasında əldə olunan razılaşmaya əsasən, ölkə konstitusiyasının ilk dörd maddəsi və Türkiyə vətəndaşlığının tərif və məzmunun yer aldığı 66-cı maddəsi qorunacaq. 1924-cü ildə müəyyən edilən milli-unitar dövlət forması dəyişdirilməyəcək, başda suriyalılar olmaqla bütün qaçqınlar bir ildən gec olmayaraq ölkələrinə geri göndəriləcək, FETÖ, PKK və İŞİD kimi terror qruplaşmalarına qarşı mübarizə gücləndirəcək.

Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Dövlətin ən ali postu uğrunda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu arasında mübarizədə qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top