Zaqatalada “Opel” ağaca çırpılıb, ölənlər var – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Zaqatalada “Opel” ağaca çırpılıb, ölənlər var

Bakı, 23 avqust, AZƏRTAC

Zaqatalada iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

AZƏRTAC xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

“Opel” markalı avtomobil BMW ilə toqquşduqdan sonra ağaca çırpılıb.

Nəticədə “Opel”də olan sərnişinlər – 1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində həlak olublar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top