Zakir Nuriyev: “Bütün banklar sığorta agenti lisenziyasına sahib olacaqlar”
“Azərbaycandakı bütün kommersiya bankları qarşıdakı dövrdə Mərkəzi Banka müraciət edəcək və zəruri prosedurdan keçdikdən sonra sığorta agenti lisenziyasına sahib olacaqlar”.
“Report” xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.
“Bankların qanunvericiliklə sığorta agenti olmaq hüququ var. Bu hüququ əldə etmək üçün müvafiq lisenziya alınır. Hazırda 16 bankın belə lisenziyası var. Hesab edirəm ki, bu məsələ bütün bankları əhatə edəcək”, – deyə o qeyd edib.
“Hədəfimiz həm də odur ki, hər bir bankda azı üç sığorta şirkəti xidmət göstərsin, vətəndaş istədiyi şirkəti seçə bilsin”, – deyə sədr əlavə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]