Yunanıstanda UNESCO-nun siyahısındakı tarixi məkan təhlükə ilə üzləşib
Bakı, 5 avqust, AZƏRTAC
Yunanıstanın Delos adası açıq səma altında arxeologiya muzeyi hesab edilir. Qədim yunan mifologiyasında incəsənət və işıq tanrısı hesab edilən Apollonun məbədi də bu adada yerləşir.
AZƏRTAC “Kathimerini” saytına istinadla xəbər verir ki, tarixi məkan iqlim dəyişikliklərindən zərər görür. Adada suyun səviyyəsi hər il 2,8 millimetr artır və tarixi əsərlərə təhlükə yaranır. Ada 1990-cı ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Siyahıda iqlim dəyişikliklərinin ən çox təhdid etdiyi 13 obyekt arasında Delos adasındakı tarixi abidələr də yer alır. Alimlər adadakı tarixi obyektlərin qorunması üçün yollar axtarırlar.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]