Yuli Sezarın məşhur ifadəsini işlədib öldürüldüyü yerin qapısı turistlərin üzünə açıldı – FOTO
İtaliyanın “Torre Argentina” meydanında Qədim Romanın dövlət və siyasət xadimi, sərkərdə, dünya tarixinin ən güclü insanlarından biri Yuli Sezarın öldürüldüyü yerin qapısı turistlərin üzünə açılıb.
Bu yerdə eramızdan əvvəl 3-cü əsrə aid dörd məbəd və Pompey Teatrının qalıqları var.
Əfsanəyə görə, məhz Pompey Teatrının yaxınlığında sui-qəsdçilər hökmdara hücum ediblər. Sezarın bu gün frazeologiyaya çevrilən məşhur “Sən də mi, Brut?” (“Et tu, Brute?”) ifadəsi də elə bu yerdə yaranıb.
Tarixi mənbələrdə bildirilir ki, e.ə 44-cü il martın 15-də (Mart İdesi) Sezar bir qrup senatorun hücumuna məruz qaldı. Dahi sərkərdə başlanğıcda hücum edənlərə qarşı müqavimət göstərsə də, içlərində yaxın dostu (bəzi versiyalara görə, oğulluğu) Brutu gördükdən sonra bu məşhur ifadəni işlədir və mübarizəni dayandırır…
Qeyd edək ki, əvvəllər “Torre Argentina” meydanında bu obyektlərə yalnız uzaqdan baxmaq mümkün idi – xarabalıqlar müasir küçə səviyyəsindən aşağıda yerləşir. İndi isə ora piyada yolu gedir.
Mənbə: Lenta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]