Yevlax rayonunun Qoyunbinəsi kəndində köhnə qaz xətləri yenilənir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yevlax rayonunun Qoyunbinəsi kəndində köhnə qaz xətləri yenilənir

Bakı, 27 fevral, AZƏRTAC

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Yevlax rayonunun Qoyunbinəsi kəndində uzun illər istismarda olan qaz xətlərini yeniləyir.

AZƏRTAC xəbər verir ki, uzunluğu 26 kilometr olan qaz xəttinin çəkilişi başa çatdıqdan sonra 515-dək abonentin qaz təchizatı xeyli yaxşılaşacaq. Bundan əlavə, ətrafda salınan yeni yaşayış massivlərinin də mavi yanacağa olan tələbatı tamamilə ödəniləcək.

Mühəndis Elşən İsmayilov bildirib ki, yaxın gələcəkdə Yevlax rayonunda 200 ailənin yaşadığı daha bir yaşayış massivi də qazlaşdırılacaq. Bunun üçün hazırlıq işləri də görülüb.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top