Yerüstü piyada keçidlərinin tikintisi davam edir VİDEO/FOTO
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yerüstü

Yerüstü piyada keçidlərinin tikintisi davam edir VİDEO/FOTO

Yerüstü piyada keçidlərinin tikintisi davam edir

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu istiqamətdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci km-lik hissəsində, eyni zamanda Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşa olunan yerüstü piyada keçidlərinin platformalarının quraşdırılması işləri aparılıb.

Qeyd edək ki, inşası aparılan yerüstü piyada keçidləri yüngül konstruksiyalıdır.

Piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Hazırda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin tikintisi aparılır. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur.

YOLUNUZ AÇIQ OLSUN…

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top