Yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək

Bakı 25 may, AZƏRTAC

Mayın 26-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinə start veriləcək.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edəcək yarışda paytaxtın müxtəlif idman klubları və cəmiyyətlərinin atletləri ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Bərdə, Astara, Quba, İsmayıllı, Xızı və Beyləqan təmsilçiləri mübarizə aparacaqlar.

Yarış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top