Yeni yaradılmış sığorta şirkəti ASA-ya üzv oldu - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yeni yaradılmış sığorta şirkəti ASA-ya üzv oldu

Yerli sığorta bazarına yeni daxil olmuş həyat sığortası şirkəti olan “Meqa Həyat” Azərbaycan Sığortaçılar Assosiasiyasına üzv olub.

Bu barədə “Economic“ə ASA-dan bildirilib. Məlumata görə, yeni sığorta şirkətinin Assosiasiyaya üzvlüyü ASA-nın Müşahidə Şurasının ötən gün keçirilən iclasında təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə 2021-ci ilin fevral ayının 19-da “Meqa Həyat” ASC-yə 5 il müddətinə lisenziya verilib. Bununla da, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 19-dan 20-yə, həyat sığortası şirkətlərinin sayı isə 4-dən 5-ə çatıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top