Yeni vakansiyalar – Qəbələ şəhərində “Karyera və iş yarmarkası” keçiriləcək.
ECONOMİC: Mayın 4-də Qəbələ şəhərində “Karyera və iş yarmarkası” keçiriləcək.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunacaq tədbirdə Qəbələdə fəaliyyət göstərən turizm şirkətləri tərəfindən mövcud vakansiyalar haqqında məlumat veriləcək, iş yerləri təklif olunacaq.
Gənclərin məşğulluğunun təmin olunması məqsədilə keçirilən tədbir sonuncu kurs tələbələrinə və işsiz gənclərə açıqdır.
Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil ediləcək.
“Karyera və iş yarmarkası” Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və “Gabala Hospitality Group” ilə birgə əməkdaşlığı çərçivəsində keçiriləcəkdir.
BƏNZƏR MƏQALƏLƏR
-
Əmək müqaviləsinin tələb olunduğu hallar
Məlum olduğu kimi, ötən il Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən sonra xidməti müqavilələrin bağlanması ilə bağlı […]
-
Karvan-L-də yeni VAKANSİYA
Vakansiya haqqında daha ətraflı aşağıda qeyd olunub: Satınalma və logistika ilə bağlı gündəlik yazışmaların aparılması […]
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]