Yeni Kaledoniyanın tərk edənlərin sayı artır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yeni Kaledoniyanın tərk edənlərin sayı artır

Bakı, 20 avqust, AZƏRTAC

Yeni Kaledoniyada baş verən iğtişaşların ardınca tətbiq edilmiş məhdudiyyətlər iqtisadi və sosial vəziyyətin ağırlaşması ilə nəticələnib.

AZƏRTAC “Francetvinfo”ya istinadla xəbər verir ki, Fransanın digər ərazilərindən bur işləməyə gələnlərin çoxu geri qayıdır. Bu da səhiyyə müəssisələrinin işini daha da pisləşdirir. Səbəb tibb personalının başlıca olaraq metropoliyadan (Fransanın Avropadakı ərazisi) gələnlərin təşkil etməsidir. Tibb müəssisələrinin çoxu ya bağlanıb, ya da fəaliyyətini minimuma endirib.

Miqrasiya prosesi getdikcə intensivləşir. Yanvar ayından indiyədək Yeni Kaledoniyanı azı 6 min nəfər tərk edib. Yerli əhali miqrasiyanın yaxın vaxtlarda daha da sürətlənəcəyi qənaətindədir.

Əhalinin 2024-cü il üçün nəzərdə tutulan siyahıya alınması 2025-ci keçirilib. Bu siyahıyaalmadan sonra miqrasiya barədə daha dəqiq rəqəmlər ortaya çıxacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top