Yazıçılar Birliyində alim-yazıçı Sadıq Qarayevin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yazıçılar Birliyində alim-yazıçı Sadıq Qarayevin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyində (AYB) alim-yazıçı Sadıq Qarayevin 50 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

AYB-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən natiqlər yazıçının ömür yolu, elmi tədqiqatları, bədii yaradıcılıq və ictimai fəaliyyətindən söhbət açıblar.

Qeyd olunub ki, Sadıq Qarayev yazıçı və ictimai xadim olaraq fəal vətəndaşlıq mövqeyi ilə seçilir və öz əsərlərində azərbaycançılıq məfkurəsi, milli dövlətçilik ideyalarının təbliğinə önəm verir. Bildirilib ki, S.Qarayev “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının, yerli və xarici mətbuatda dərc olunmuş 60-a yaxın elmi məqalənin müəllifidir.

Tədbirdə şəxsiyyətin özünütəsdiqi, toplum və təbiət hadisələrinin qarşılıqlı bağlantısı, bəşəri qayğılar fonunda milli dəyərlərin qorunması, zənginləşdirilməsinin dolğun təsvir edildiyi “Sahilsiz təzadlar” romanı, “Orbitlər və universal mövcudluq nəzəriyyələri” adlı elmi ideyaların müddəaları obrazlı vasitələrlə oxucuya çatdırılan, azərbaycanlı çekistlərin vətənpərvərlik və peşəkarlıqla xidmətini əks etdirən ilk iri həcmli “Sahibsiz kölgələr” romanı, tarixi Zəfərimizə həsr edilmiş ilk elmi-fəlsəfi, sənədli-publisist, “N” saylı qəhrəmanlıq” tarixi romanı, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız Zamanlar” və “Azərbaycançılıq Məfkurəsi” kitabları ətrafında elmi, ədəbi təhlillər və müzakirələr aparılıb. Müəllifin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün birliyi əsasında yazılmış əsərləri ilə seçildiyi vurğulanıb.

Sonda Sadıq Qarayevə Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının fəxri fərmanı və AYB- nin fəxri diplomu təqdim olunub. Həmçinin Milli Məclisin Mədəniyyət Komitəsinin təbrik məktubu oxunub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top