Yasamal sakinləri seçki prosesində fəal iştirak edirlər
Bakı, 1 sentyabr, AZƏRTAC
16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsində vətəndaşlar istirahət günü olmasına baxmayaraq, səhər saatlarından etibarən istədikləri namizədə səs vermək üçün məntəqəyə üz tutublar. Ərazi üzrə seçici sayı 1334-dür.
Seçicilərin səsvermə prosesində böyük ruh yüksəkliyi ilə iştirak etdiklərini diqqətə çatdıran məntəqə seçki komissiyasının sədri Elnarə Əliyeva AZƏRTAC-a deyib ki, MDB, Türkiyə, Polşa və digər xarici ölkələri və beynəlxalq təşkilatları təmsil edən 15-dən çox müşahidəçi saat 15.00 radələrinə kimi məntəqədə olublar: “Beynəlxalq müşahidəçilər seçki prosesinin gedişatını qənaətbəxş hesab ediblər. Məntəqəmizdəki səliqə-sahman, şərait onların xoşuna gəldi. İndiyədək daşınan qutumuz olmayıb. Seçicilərimiz arasında 70 yaşdan yuxarı vətəndaşlarımıza təklif etsək də, onlar özləri gəlib səs verməyə üstünlük veriblər. Onların sayı əllidən çoxdur”.
E.Əliyeva məntəqədə vətəndaşların rahat səs verə bilmələri üçün hərtərəfli şəraitin yaradıldığını bildirib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]