
Yardımlıda pərakəndə ticarət dövriyyəsi 16 faiz artıb
Yardımlı, 25 yanvar, İlkin Adıyev, AZƏRTAC
Yardımlı rayonu üzrə 2022-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 83 milyon 197,5 min manatlıq, o cümlədən 46 milyon 963,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 36 milyon 234,5 min manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən bildirilib. 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 16,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 6,4 faiz, qeyri-ərzaq malları üzrə isə 31,5 faiz artıb. İstehlak məhsullarının dəyər ifadəsində 15,0 faizi ticarət müəssisələri, 85,0 faizi isə fərdi sahibkarlar tərəfindən realizə olunub.
Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində əmtəə qalığı 5 milyon 292,9 min manat təşkil edib ki, bunun da 731,8 min manatı və ya 13,8 faizi hüquqi şəxslərin, 4 milyon 561,1 min manatı və ya 86,2 faizi isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların payına düşüb. Satılan malların 56,4 faizi ərzaq, 43,6 faizi isə qeyri-ərzaq malları təşkil edib.
2022-ci ildə rayon üzrə 3 milyon 490,8 min manatlıq topdansatış əmtəə dövriyyəsi qeydə alınıb. Bu, ötən illə müqayisədə 1 milyon 122,4 min manat və ya 47,4 faiz çoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Əfqanıstanda donaraq ölənlərin sayı 170-i ötüb
Bakı, 30 yanvar, AZƏRTAC Son üç həftə ərzində Əfqanıstanda əlverişsiz hava şəraiti səbəbindən donaraq ölənlərin […]
-
Almaniya kansleri: Rusiya-NATO müharibəsinin baş verməməsi üçün hər şeyi etməliyik
Bakı, 30 yanvar, AZƏRTAC Almaniya kansleri Olaf Şolts Rusiya ilə NATO arasında müharibəyə icazə verməyəcəklərini […]
-
TBMM-nin sədri: Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk
Bakı, 30 yanvar, AZƏRTAC Türkiyə-Azərbaycan-Pakistan arasında üçtərəfli əlaqələrə xüsusi önəm veririk. AZƏRTAC Anadolu agentliyinə istinadla […]