Yaponiyanın fond bazarı 1987-ci ildən bəri ən böyük itki ilə üzləşib
Bakı, 5 avqust, AZƏRTAC
Yaponiya fond bazarında 1987-ci ildəki “qara bazar”dan bəri ən böyük çökmə baş verib.
AZƏRTAC xəbər verir ki, “Nikkei” Tokio Fond Birjasının əsas indeksi ticarətin yekununda 12 faizdən çox ucuzlaşıb və 1987-ci ildə birjanın çökməsi hadisəsindən sonra səhmlərdə ən böyük itkiyə məruz qalıb.
Maliyyə sektoru tənəzzülün önündə gedir. Beləliklə, Yaponiyanın üç ən iri bankının kotirovkaları 20 faizə düşüb. “Mitsubishi UFJ Financial Group” 17,84 faiz, “Sumitomo Mitsui Financial Group” 15,52 faiz, “Mizuho Financial Group” 19,71 faiz ucuzlaşıb.
Qiymətlərin düşməsi keçən həftə ABŞ-da açıqlanan məyusedici iş yerləri hesabatının nəticəsidir. İnvestorlar bunu tənəzzülün mümkün əlaməti kimi qiymətləndirirlər. Onlar qorxurlar ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini aşağı salmaq üçün çox gözləyib və indi həmin proses yubanıb. Ötən həftə FED iqtisadiyyatı dəstəkləmək üçün sentyabr ayına qədər faiz dərəcələrini aşağı salmayacağını bildirmişdi.
Emosiyaları sakitləşdirmək üçün yapon fond bazarında ticarət bir neçə dəfə dayandırılıb. Yapon yeninin bahalaşması ilə əlaqədar olaraq xaricdə aktiv ticarət edən şirkətlərin qiymətləri kəskin şəkildə aşağı düşüb. Valyuta çətin dövrlərdə etibarlı sığınacaq kimi görünür, lakin avtomobilləri və digər yapon mallarını xaricdə daha bahalı edir.
Bölgədəki digər fond bazarları da kəskin şəkildə mənfi zolağa düşüb. Ticarətin müvəqqəti olaraq dayandırıldığı Seulda indeks 10,5 faiz azalıb. Tayvanın fond bazarı 8 faizdən çox, Sidneyin əsas indeksi isə 3,8 faiz ucuzlaşıb. Honkonq və Şanxay birjaları müvafiq olaraq 2,6 faiz və 1,3 faiz dəyər itirib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]