Yaponiyada “Toyota” şirkətinin ardınca “Suzuki” də partlayışa görə üç zavodunu dayandırıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yaponiyada “Toyota” şirkətinin ardınca “Suzuki” də partlayışa görə üç zavodunu dayandırıb

Yaponiyanın tanınmış “Suzuki Motor” avtomobil istehsalı şirkəti əyləc sistemi üzrə tədarükçü müəssisədə baş verən partlayış səbəbindən üç zavodunda avtomobillərin yığılmasını dayandırıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Həmin səbəbə görə “Toyota Motor” şirkəti artıq 13 zavodunun işini dayandırmışdı. Rəhbərliyin bildirdiyinə görə, istehsal prosesinin iyunun 2-də bərpa olunacağı gözlənilir. Bununla yanaşı, hadisənin təfərrüatları barədə məlumat verilmir.

Tədarükçü şirkət “Aisin Seiki”nin hissələrin rənglənməsi sexində partlayış mayın 30-da baş verib. Nəticədə dörd nəfər xəsarət alıb. Bu müəssisə yalnız “Toyota” üçün deyil, eyni zamanda, onun rəqibi olan “Nissan Motor” şirkəti üçün də əyləc sistemi hissələrini istehsal edir.

Cari ildə “Toyota” şirkəti artıq üçüncü dəfədir ki, istehsal prosesini dayandırır. Fevral ayında avtomobillərin korpusu üçün polad istehsal edən zavodda partlayış baş vermiş, apreldə isə Kumamoto prefekturasında olan zəlzələ nəticəsində tədarük zənciri qırılmışdı. Həmin vaxt təbii fəlakət “Suzuki Motor”un işində problem yaratmamışdı.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top