Yaponiyada qasırğa səbəbindən 500-ə yaxın aviareys ləğv ediləcək
Bakı, 15 avqust, AZƏRTAC
Avqustun 16-da Yaponiyada “Ampil” qasırğası səbəbindən 500-ə yaxın daxili reys ləğv ediləcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, JAL aviaşirkəti 191 reysin ləğv edildiyini açıqlayıb. Ölkənin ikinci ən böyük aviadaşıyıcısı ANA tərəfindən ən azı daha 280 reys ləğv edilib.
Ölkənin şərqində və şimal-şərqində bir neçə xətt üzrə qatarların hərəkətinin dayandırılması istisna etmir.
Meteoroloqların məlumatına görə, qasırğa avqustun 16-da səhər saatlarında Yaponiyanın paytaxtına yaxınlaşacaq. Hazırda tropik qasırğanın keçdiyi ərazidə küləyin sürəti 30-45 m/s-ə çatır.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]