
Yaponiyada güclü qar nəqliyyat infrastrukturunu iflic edib
Bakı, 25 yanvar, AZƏRTAC
Yaponiyanın bəzi prefekturalarına və Yapon dənizindəki Honsyu adasına yağan güclü qar səbəbindən yanvarın 25-də azı 397 daxili aviareys ləğv edilib.
AZƏRTAC Kyodo News agentliyinə istinadla xəbər verir ki, “Japan Airlines və “All Nippon Airways” aviakompaniyaları çərşənbə gününə planlaşdırılan 280-dən çox reysin yerinə yetirilməyəcəyini bildirib.
Şərqi-Yaponiya dəmiryol kompaniyası Fukusimo və Sindze şəhərləri arasında sürət qatarlarının hərəkətini dayandırıb. “Sanyo Shinkansen” və “Tokaido Shinkansen” operatorlarının qatarları sürətini azaltmalı olub, “Tohoku Shinkansen” qatarlarında isə gecikmələr baş verib. JR kompaniyası da Honsyu adasında sürət qatarlarının hərəkətini günün sonuna qədər dayandırmaq qərarına gəlib.
Yaponiyanın avtomobil yollarındakı vəziyyət də ürəkaçan deyil. Kəskin hava şəraiti ilə əlaqədar ölkədəki ondan çox avtomobil magistralı bağlanıb.
Sinoptiklərin məlumatına görə, sutka ərzində Yaponiyanın şimal və şimal-şərq regionlarına 60-80 santimetr qalınlığında qar yağacaq və güclü şaxta olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Əfqanıstanda donaraq ölənlərin sayı 170-i ötüb
Bakı, 30 yanvar, AZƏRTAC Son üç həftə ərzində Əfqanıstanda əlverişsiz hava şəraiti səbəbindən donaraq ölənlərin […]
-
Almaniya kansleri: Rusiya-NATO müharibəsinin baş verməməsi üçün hər şeyi etməliyik
Bakı, 30 yanvar, AZƏRTAC Almaniya kansleri Olaf Şolts Rusiya ilə NATO arasında müharibəyə icazə verməyəcəklərini […]
-
TBMM-nin sədri: Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk
Bakı, 30 yanvar, AZƏRTAC Türkiyə-Azərbaycan-Pakistan arasında üçtərəfli əlaqələrə xüsusi önəm veririk. AZƏRTAC Anadolu agentliyinə istinadla […]