
Yaponiyada ayıları qorxutmaq üçün robot canavarlar quraşdırılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qırmızı LED gözləri olan və dəhşətli səslər yayan 180-ə yaxın mexanikləşdirilmiş canavar robotları vəhşi heyvanların, xüsusən də ayıların şəxsi mülkiyyətə daxil olmasının qarşısını almaq üçün Yaponiyada yerləşdirilib.
Bu barədə Ohta Seiki tərtibatçısı Ota Yuji məlumat verib.
“Hazırda heç kim canavar robotlarının effektivliyinə şübhə etmir. Biz heç bir narazılıq və ya mənfi rəylə qarşılaşmamışıq… Ölkə üzrə 180-ə yaxın “monstr-canavar” quraşdırılıb”, – deyə o bildirib.
Otanın sözlərinə görə, Yaponiyanın vəhşi təbiətinin nümayəndələri instinktiv olaraq canavarlardan qorxurlar. Buna görə də robot canavarlar silah səsləri, ulama və it hürməsi kimi səslər çıxarır.
Mənbə: ABC News
BƏNZƏR MƏQALƏLƏR
-
Orxan Məmmədov: “KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır”. […]
-
Cefri Brayan Straubel: “Azərbaycan neft sənayesində mühüm mövqeyə malik ölkələrdən biridir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan neft sənayesində mühüm mövqeyə malik ölkələrdən biridir”. […]
-
Şahmar Mövsümov: “Süni intellektlə bağlı müəyyən çağırışlar var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan ölkə olaraq, dərin və zəngin tarixə malikdir. […]