Yanacağın NMR -a daşınmasına subsidiya veriləcək   - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Naxçıvan

Yanacağın NMR -a daşınmasına subsidiya veriləcək  

Yanacağın Naxçıvan Muxtar Respublikasına daşınmasına subsidiya veriləcək  

“Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli Qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirilmişdir. Nəticədə, istehsalçı tarifindən yanacağın hər tonuna görə hesablanan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləğində azalma baş vermişdir. Həmin azalmanın kompensasiya edilməsi məqsədilə, “Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 35 nömrəli Qərarında dəyişiklik edilmişdir.

Həmçinin, növbəti ildən etibarən, yanacağın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi satış məntəqələrindən daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş təchizat tarifinin yuxarı həddindən artıq çəkilən xərclərin qarşılanması dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiyanın tərkibində nəzərdə tutularaq həmin vəsaitdən ödənəcək. Cari ildə bu məqsədlə dövlət büdcəsinin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top