Yalçın Rəfiyev COP27-nin rəsmi nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yalçın Rəfiyev COP27-nin rəsmi nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) baş danışıqçısı Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti COP27-nin Xüsusi Nümayəndəsi Vael Əbu Məcid və COP27-nin baş danışıqçısı Məhəmməd Nəsr ilə Qahirədə görüşüb.

Bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər COP29-a hazırlıq işlərini müzakirə ediblər.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.

 

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top